Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ana dilim-mənim kimliyim

0

  •        1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Hər bir xalq özünü bəşəriyyətə dərin köklərə, qədim ənənələrə malik olan ana dili ilə təqdim edir. Ana dili xalqın milli-mənəvi varlığı, özünü təsdiqi, həyat tərzi, mədəni irsidir. Tarixin sərt sınaqlarından mətanətlə çıxan ana dilimiz ən dəyərli milli sərvətimizdir. Hər bir dili yaşadan xalqdır. Dilin zənginləşməsi, saflaşması, dünya dilləri arasında özünəməxsus yer tutması xalqın dəyərli övladları tərəfindən həyata keçirilir.        Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dilimizin saflığının qorunması üçün çox böyük işlər görüb. Xalqımızın ümummilli lideri deyirdi: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini mükəmməl bilməlidir”.         Latın qrafikalı Azərbaycan əlifbasına keçidin başa çatdırılması dilimizin inkişafında Heydər Əliyevin misilsiz xidmətlərindən biridir. Heydər Əliyevin imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmana əsasən hər il 1 avqust ölkəmizdə Azərbaycan dili günü kimi qeyd olunur.        Ana dili bizim üçün müqəddəs dildir, ömrümüzü mənalandıran, xəyallarımızı qanadlandıran, dostumuza məhəbbətlə, düşmənimizə nifrətlə səslənən bir dildir. Ana dili bizim varlığımız, vüqarımız, fəxr dünyamızdır.         Dilimizi inkişaf etdirib yaşatmaq özümüzü yaşatmaqdır, tariximizi yaşatmaqdır.Ana dili bizim dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. Bizim müqəddəs borcumuz onu qorumaq və inkişaf etdirməkdir.         Məşhur Azərbaycan ədəbi böyük pedaqoq Firudin bəy Köçərli ana dili haqqında deyirdi: “Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi dirliyidir, hər insanın həyatının mayasıdır. Ananın südü bədənin mayesi olduğu kimi ana dili də ruhun qidasıdır. Hər kəs öz anasını və Vətənini sevdiyi kimi ana dilini də sevir, onu əziz və möhtərəm tutur”.Doğma dilim sənki varsan dünyada!“Məndə varam”! söyləməyə haqlıyam.Anam!Ana dilim! Ana Vətənim!Mən bütün qəlbimlə sizə bağlıyam.Ana dilimizi sevək və qoruyaq!Aynur Bünyatova,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib75 dəfə
    Ana dilim mənim kimliyim

    Maraqlı gələ bilər
    164